AZ

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib

London, 7 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Müdafiə Nazirliyi Şimali Atlantikada Rusiya bayrağı altında üzən və Venesuela ilə əlaqəli olduğu deyilən neft tankerinin ələ keçirilməsi zamanı ABŞ-ın əməliyyatına dəstək göstərdiyini açıqlayıb.

AZƏRTAC Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, əməliyyata Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də cəlb olunub.

Böyük Britaniyanın müdafiə naziri Con Hili yaydığı bəyanatda qeyd edib ki, Britaniya silahlı qüvvələri ABŞ tərəfindən həyata keçirilən müdaxiləyə peşəkarlıqla dəstək göstərib. Nazirin sözlərinə görə, Rusiya istiqamətində hərəkətdə olan “Bella-1” kimi tanınan “Marinera” neft tankeri ABŞ qüvvələri tərəfindən saxlanılıb və bu addım beynəlxalq sanksiyalardan yayınma cəhdlərinə qarşı qlobal tədbirlərin tərkib hissəsidir. Con Hili bildirib ki, sözügedən gəmi şübhəli fəaliyyət tarixinə malikdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
94
2
azertag.az

3Mənbələr