Tütün məhsullarının gizli dövriyyəsi 2024-cü ildə 19,6 faizdən 11,4 faizə düşüb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, qanunsuz dövriyyəyə qarşı mübarizə aparmaq üçün həyata keçirilən əməliyyat və nəzarət tədbirləri nəticəsində ümumilikdə 1493 qanunsuz fəaliyyət, o cümlədən 36 gizli istehsal, 39 qanunsuz saxlama, 16 qaçaqmalçılıq və 1402 qanunsuz ticarət halları aradan qaldırılıb.
İstehlak üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olan 42,2 milyard sum dəyərində 948.000 ədəd spirtli içki, 41,1 milyard sum dəyərində 964,4 min qutu tütün məmulatı dövriyyədən çıxarılıb.
Bununla əlaqədar, Vergi Komitəsi ilə əməkdaşlıq çərçivəsində alkoqol və tütün məhsulları satan 11 mindən çox sahibkarlıq subyektinin şəxsi hesablarına ödənişlərin yalnız nağdsız formada aparılacağı barədə bildiriş göndərilib.
Lisenziyalaşdırma tələblərinə uyğunluq üçün 20 istehsal müəssisəsində yoxlamalar aparılıb. Gizli alkoqol istehsalı ilə məşğul olan və lisenziya şərtlərini pozan 11 istehsalçı və 46 topdansatış şirkətinin lisenziyaları ləğv edilib.
Cavid