2025-ci ildə Özbəkistana cəlb edilən xarici investisiyaların ümumi həcmi əvvəlki illə müqayisədə 24% artaraq 43,1 milyard dollara çatıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə ölkənin İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat verib.
Bu vəsaitlərin əsas hissəsi 38,2 milyard dollar məbləğində birbaşa xarici investisiyalar, eləcə də beynəlxalq maliyyə institutlarından 4,9 milyard dollar vəsait təşkil edib.
Çin Özbəkistanda ən böyük investordur. Pekin Özbəkistana 15,5 milyard dollar investisiya qoyub. 2025-ci ilin nəticələrinə görə, Rusiya 4,8 milyard dollar investisiya yatırmaqla Özbəkistana ikinci ən böyük investor olub. Türkiyə isə 2,6 milyard dollar investisiya ilə ilk üçlükdə qərarlaşıb.
Süleyman