AZ

Təyyarələrdə sadə dəyişikliklərlə iqlimə zərər 50% azaldıla bilər - Araşdırma

Bakı. trend:

Yeni araşdırmalara görə, premium oturacaqlardan imtina,uçuşların doluluq səviyyəsinin artırılması və daha səmərəlitəyyarələrdən istifadə ilə aviasiya sektorunun iqlimdəyişikliklərinə təsiri sərnişin sayını azaltmadan 50%-dək azaldılabilər.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Tədqiqatçılar bu kimi əməliyyat səmərəliliyi tədbirləri“davamlı” aviasiya yanacağı və ya karbon kompensasiyaları kimimübahisəli yanaşmalardan daha effektiv ola biləcəyini qeydediblər.

2023-cü ildəki 35 milyon kommersiya uçuşunun 27 milyonundançoxunu əhatə edən bu araşdırma, qlobal miqyasda uçuşəməliyyatlarının səmərəliliyini qiymətləndirən ilk genişmiqyaslı işhesab olunur.

Tədqiqat göstərir ki, ABŞ, Avstraliya, Afrika və Yaxın Şərqinbəzi bölgələrindən həyata keçirilən uçuşlar daha çox karbontullantısına səbəb olur. Əvəzində Hindistan, Braziliya vəCənub-Şərqi Asiyada nisbətən daha az çirkləndirici uçuşlar üstünlüktəşkil edir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uçuşların sürətli artımısəbəbilə, aviasiyanın karbon emissiyaları 2050-ci ilədək iki-üçdəfə arta bilər.

Seçilən
73
2
az.trend.az

3Mənbələr