AZ

Tramp Rusiya və Çinin ən böyük qorxusundan danışdı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya və Çin NATO-dan deyil, məhz ABŞ-dan çəkinir. Əgər alyansda ABŞ olmasaydı, bu ölkələr NATO-dan qorxmazdılar.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“ABŞ-sız Rusiya və Çin NATO-dan çəkinmir. Mən isə ehtiyac yaranarsa, NATO-nun ABŞ-a yardım edəcəyinə şübhə ilə yanaşıram. Hamının bəxti gətirib ki, ilk prezidentlik dönəmimdə silahlı qüvvələrimizi yenidən qurmuşam və bunu indi də davam etdirirəm,” – Tramp “Truth Social” platformasında yazıb.

O bildirib ki, Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə dövlət ABŞ-dır. Tramp həmçinin qeyd edib ki, ABŞ həmişə NATO-ya dəstək verəcək.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
globalinfo.az

1Mənbələr