Permdə şəxsi helikopter qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində milyonçu İlyas Gimadutdinov və pilot həyatını itirib.
Qəza Peçmen yaşayış məntəqəsi yaxınlığındakı “Aşatli-park” istirahət mərkəzində baş verib.
Qəzanın ilkin səbəbi kimi mühərrikin buz bağlaması göstərilsə də, yayılan kadrlarda pilotun idarəetmə zamanı elektrik naqillərinə ilişdiyi görünür.
Həlak olanlar iri “Tattranskom” şirkətinin təsisçisi İlyas Gimadutdinov və həmin firmanın avtomobil kolonunun rəisi Elmir Konyakovdur.
Qeyd edək ki, sözügedən şirkətin 2024-cü il üçün gəliri ən azı 2 milyard rubl təşkil edib.
Qəza anının görüntülərində söyüş olduğu üçün videonu təqdim edə bilmirik.


Xuraman Etibarlı
İnterpress.az