AZ

İranda bəzi şəhərlərin etirazçılar tərəfindən ələ keçirilməsi iddiaları rəsmən təkzib edildi

Bəzi xarici KİV-lər və İranda fəaliyyət göstərən Milli Müqavimət Şurası etirazçılarının ölkənin qərbində yerləşən Abdanan və Malekşahi şəhərlərini nəzarət altına aldıqlarını, polis məntəqəsini ələ keçirərək təhlükəsizlik qüvvələrini geri çəkdirdiklərini iddia ediblər.

KONKRET.az xəbər verir ki, lakin İran dövlət mediası bu məlumatları rəsmən təkzib edib. Tasnim və Mehr agentlikləri açıqlama yayıb ki, etirazçıların şəhərləri ələ keçirməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bildirilir ki, polis əraziyə nəzarəti bərpa edib və şəhərlər hazırda hüquq-mühafizə orqanlarının tam nəzarəti altındadır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
71
konkret.az

1Mənbələr