AZ

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir

Bakı, 7 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir.

Bu fikri AZƏRTAC-da yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Tacikistandan olan iqtisadiyyat və logistika üzrə ekspert Madina Xayruloyeva bildirib.

Onun sözlərinə görə, daşımaların və konteyner göndərişlərinin, xüsusilə Çindən həyata keçirilən yüklərin həcminin artması dənizə çıxışı olmayan ölkələrin, o cümlədən Tacikistanın bu marşruta qoşulmasına tələbat yaradır.

Eyni zamanda ekspert vurğulayıb ki, gələcək inkişaf yalnız kompleks yanaşma əsasında mümkündür. Bu yanaşmaya logistika xidmətlərinin çeşidinin genişləndirilməsi və dərin rəqəmsallaşma daxildir. Onun fikrincə, vahid elektron sənədlərin tətbiqi, gömrük sistemlərinin inteqrasiyası və şəffaf tariflər yaxın 5–10 il ərzində logistikanı Azərbaycanla Tacikistan arasında iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən birinə çevirə bilər.

M.Xayruloyeva, həmçinin qeyd edib ki, rəqəmsallaşma tədarük zəncirlərinin iştirakçıları üçün təkcə vaxt itkisini deyil, maliyyə xərclərini də azaldır. Proqramın qonağının sözlərinə görə, uzunmüddətli perspektivdə bu amil regionlar arasında əlaqəliliyi artırır və dayanıqlı trans-sərhəd logistika zəncirlərinin formalaşmasına şərait yaradır.

Seçilən
40
1
azertag.az

2Mənbələr