AZ

Oteldə kütləvi zəhərlənmə olub



Rusiyanın Soçi şəhərindəki oteliərdən birində kütləvi zəhərlənmə olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Soçinin Lu kəndində qeydə alınıb. Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) ilə cinayət işi açılıb.

Bu barədə Rusiya Federasiyasının Krasnodar diyarı üzrə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.

İlkin məlumatlara görə, Soçinin Lazarevski rayonundakı otellərdən birində idman təlim-məşq toplanışına gələn bir qrup yetkinlik yaşına çatmayan idmançı, eləcə də böyüklər zəhərlənmə əlamətləri hiss ediblər və onlara tibbi yardım göstərilib. Onların həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Anar
Seçilən
26
1
newscenter.az

2Mənbələr