AZ

Coğrafi baxımdan Mərkəz Asiya ölkəsi olmayan Azərbaycan, region ölkələri üçün Avropaya çıxış yolu na çevrilib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hesab edirəm ki, ən vacib hadisələrdən biri Çinlə strateji tərəfdaşlığımızdır. Keçən il Çinə dövlət səfərim zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı və bu, böyük uğur sayıla bilər". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bunu yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib. Çinin dünyanın aparıcı ölkələrindən biri olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, bu siyasi çərçivə və platforma, şübhəsiz ki, uğurlu diplomatiyamızın təzahürü kimi qəbul edilə bilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan prezidenti 2025-ci ilin yekunları ilə bağlı yerli mediaya verdiyi müsahibəsində Azərbaycanın xarici siyasət uğurlarına toxunarkən Çinlə Azərbaycan əlaqələrinin yeni mərhələyə daxil olmasından danışdı və bu əlaqələr həm də 2025-ci ildə Azərbaycan diplomatiyasının əldə etdiyi nailiyyətlərdən biri kimi qiymətləndirildi.

Hikmət Babaoğlu

“Çin bu gün dünya iqtisadiyyatının mərkəzində duran ölkələrdən biridir. Çin dünyanın istehsal mərkəzi olmaqla bərabər, həm də dünyada yeni innovativ hərbi sənayenin yaradıcılarından biridir. Bir sıra parametrlərlə Çin hazırda "qlobal Cənub" adlandırılan yeni güc mərkəzlərindən biri hesab edilir, yeni dünyanın da liderlərindən biri kimi çıxış etməkdədir. Bütün bunlar Çini beynəlxalq münasibətlər sistemində olduqca cazibədar bir tərəfdaşa çevirir. Azərbaycan prezidenti qeyd etdi ki, 2025-ci ildə Çinlə Azərbaycan arasında iki mühüm sənəd imzalanıb. Bunlardan biri strateji tərəfdaşlıq haqqında bəyanat, digəri strateji əlaqələrin daha da dərinləşməsinə dair əldə edilən razılaşmadır. Əgər bütün bunların üzərinə Azərbaycanın yeni yaratdığı reallıqlar kontekstində, Çin yüklərinin Azərbaycan üzərindən Avropaya daşınması məsələlərini də nəzərə alsaq, o zaman həm də logistika və kommunikasiya sahəsində Çinin əhəmiyyətli bir aktor olduğunu görürük. Bütün bunlar heç şübhəsiz, Çin-Azərbaycan münasibətlərinin tamamilə yeni strateji səhifəsini təyin edir ki, bu sahədə əldə edilmiş razılaşmalar gələcəkdə bu münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”-deyə deputat qeyd edib.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qəbul olunması da Azərbaycan Prezidenti tərəfindən mühüm hadisə kimi qiymətləndirildi.

“Digər bir mövzu, Mərkəzi Asiya ölkələri və Mərkəzi Asiya Məşvərət Şurasına Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi məsələsidir. Coğrafi baxımdan Azərbaycan Mərkəzi Asiyaya aid bir ölkə deyil. Amma Azərbaycan həyata keçirdiyi siyasət sayəsində həm siyasi strategiya baxımdan, həm iqtisadi və kommunikasiya logistikası baxımından artıq Mərkəzi Asiyanın bir parçasına çevrilməyi bacarıb.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxış yoluna çevrilib.  Azərbaycanın Asiya Məşvərət Şurasına tamhüquqlu üzv olmasına zəmin yaradıb. Bu da Azərbaycan diplomatiyasının uğurudur. Bütün bunlar Azərbaycanın qarşısında yeni perspektivlər və gələcək mərhələdə həm region ölkələri ilə, həmçinin Avropa ilə inteqrasiya üçün yeni imkanlar yaradır”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
bizimyol.info

2Mənbələr