Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu müdafiə xəttini ulduz futbolçu ilə möhkəmləndirmək niyyətindədir.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, komandanın kapitanı Kriştiano Ronaldo rəhbərliyə Antonio Rüdigerin transfer olunmasını tövsiyə edib.
Portuqaliyalı ulduz almaniyalı müdafiəçinin gəlişinin komandanın müdafiə keyfiyyətini dərhal artıracağına və çempionluq mübarizəsində böyük rol oynayacağına inanır.
Hazırda "Real Madrid"də çıxış edən Rüdigerin son qərarını vermədiyi və mövsümü İspaniyada başa vurmaq istədiyi bildirilir.
Kamil Xudiyev