Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, müharibə əlilləri və döyüşlərdə iştirak etmiş şəxslərlə bağlı dövlət siyasətinə uyğun olaraq davamlı diqqət və qayğı göstərilir, onların sosial-məişət məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq 07 yanvar 2026-cı il tarixində Ərkivan qəsəbəsinin Allahyarlı kəndində keçirilmiş səyyar vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayon rəhbərliyinin məsul şəxsləri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edib.
Ziyarətdə Rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Tohid Hüseynov, İcra Hakimiyyəti aparatının müvafiq struktur bölmələrinin rəhbərləri, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələrinin üzvləri, din xadimləri, media nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Tədbir zamanı şəhid ailələri onlara göstərilən diqqət və dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.