Suriya ordusu SDQ terror təşkilatının hücumlarına qarşı Hələbdə məhdud hərbi əməliyyata başlayacaq.
E-huquq.az xəbər verir ki, Suriya İnformasiya Nazirliyinə istinadən xəbər verir ki, son bir ayda terror təşkilatının hücumları nəticəsində 20-dən çox mülki şəxs və 25-dən çox hərbçi həlak olub, 150-dən çoxu yaralanıb.
Bu hücumların Hələbdə gündəlik həyata və ticarətə ciddi mənfi təsir göstərdiyi bildirilib.
Məlumatda bildirilib ki, əməliyyatın keçirilməsində əsas məqsəd davam edən artilleriya atəşi, snayper və pilotsuz təyyarə hücumlarını dayandırmaq, təhlükəsizliyi bərpa etmək, Hələb-Azaz yolunu açmaq və mülki vətəndaşları qorumaqdır.
Hərbi fəaliyyətlərin beynəlxalq hüquqa uyğun aparılacağı, dinc əhalinin təxliyyəsinə üstünlük veriləcəyi, yalnız hücumlara görə məsuliyyət daşıyan silahlı qrupların hədəf alınacağı da qeyd olunub.
Şəbnəm Mehdizadə