AZ

Kabayeva Putindən daha təhlükəsiz yerə köçməyi istədi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum xəbərindən sonra Alina Kabayeva Vladimir Putindən onu və uşaqlarını daha təhlükəsiz bir yerə yerləşdirməsini istəyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Federal Mühafizə Xidmətindəki mənbəyə istinadla məlumat yayıb.

“Putin Kabayevanın köçürülmə istəyi ilə bağlı qərar verməyib və bununla da Rusiyada gündəlik yaşayış üçün daha təhlükəsiz yerlərin mövcud olmaya biləcəyini açıq şəkildə bildirib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya Ukraynanın dekabrın 29-na keçən gecə Prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum etdiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
globalinfo.az

1Mənbələr