
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisi dünyada hər gün 2 milyard insanın təhlükəsiz olmayan su istehlak etdiyini açıqladı.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisi, ABŞ-da yerləşən X sosial media platforması vasitəsilə verdiyi açıqlamada qlobal su böhranına diqqət çəkib. Bəyanatda hər gün təxminən 2 milyard insanın təhlükəsiz olmayan su istehlak etmək məcburiyyətində qaldığı vurğulanıb. BMT qeyd edib ki, su əsas insan ehtiyacı olsa da, milyonlarla insanın hələ də təmiz və təhlükəsiz suya çıxışı yoxdur.
BMT rəsmiləri su ehtiyatlarının qorunması, infrastruktur investisiyalarının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, dövlətləri və cəmiyyətləri məsuliyyəti bölüşməyə çağırıblar. Bəyanatda həmçinin xatırladılıb ki, təhlükəsiz suya çıxış təkcə sağlamlıq üçün deyil, həm də inkişaf, təhsil və sosial rifah üçün vacibdir.