AZ

Yeni ildə yeni başlanğıclar necə edilir?

Yeni il bir çox insan üçün yenilənmək, dəyişmək və həyatında yeni səhifə açmaq üçün fürsət hesab olunur.


Pravda.az bildirir ki, yeni başlanğıclar yalnız istəklə deyil, doğru düşüncə tərzi və real hədəflərlə mümkün olur.


Psixoloqların fikrincə, yeni ilə yüksək gözləntilərlə başlamaq motivasiya yaratsa da, mükəmməllik arzusu əks təsir göstərə bilər. Hər şeyi ideal etməyə çalışmaq insanı tez yorur və məyusluğa səbəb olur. Buna görə də dəyişiklik prosesində özünə qarşı daha anlayışlı olmaq tövsiyə edilir.


Mütəxəssislər xoşbəxtliyin yalnız bir sahəyə – işə, münasibətlərə və ya maddi vəziyyətə bağlanmasının düzgün olmadığını bildirir. Həyatın müxtəlif sahələrində balans yaratmaq daxili rahatlıq üçün vacib hesab olunur.


Keçmişdə baş verən mənfi hadisələrə daim qayıtmaq gələcəyə ümidlə baxmağa mane ola bilər. Bu səbəbdən keçmiş təcrübələri dərs kimi qəbul edib, indiki anı yaşamaq və gələcəyə fokuslanmaq tövsiyə olunur.


Yeni ildə sağlam dəyişikliklər etmək istəyənlər üçün real və ölçülə bilən hədəflər müəyyənləşdirmək mühüm addım sayılır. Kiçik, amma davamlı addımlar uzunmüddətli uğurun əsasını təşkil edir.


Mütəxəssislər həmçinin bağışlamağın, sosial əlaqələri gücləndirməyin və aktiv həyat tərzi sürməyin psixoloji rifaha müsbət təsir göstərdiyini vurğulayırlar. Sevdiklərinizlə vaxt keçirmək və hobbilərə zaman ayırmaq stressin azalmasına kömək edir.


Qeyd olunur ki, yeni ildə əsas məqsəd mükəmməl olmaq deyil, özünü daha yaxşı tanımaq, inkişaf etdirmək və daxili tarazlığı qorumaqdır.


Əminə Bayramova 

Tarix: 7 Yanvar 2026, 18:02   
Seçilən
55
pravda.az

1Mənbələr