AZ

Dik Şof: “Müttəfiqlər bir birlərinə qarşı belə etmirlər”

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ Qrenlandiyaya hücum edəcəyi təqdirdə NATO-nun təhlükəsizliyi təhlükə altında olacaq”

“ABŞ Qrenlandiyaya hücum edəcəyi təqdirdə NATO-nun təhlükəsizliyi təhlükə altında olacaq”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Hollandiyanın Baş naziri Dik Şof deyib.

Şof qeyd edib ki, “əgər ABŞ Qrenlandiyanı zorla ələ keçirərsə, NATO və Avropanın təhlükəsizliyi ciddi şəkildə təhdid altına düşəcək”.

“Müttəfiqlər bir-birlərinə qarşı belə etmirlər", - deyə Baş nazir vurğulayıb.

Həmçinin Dik Şof Avropa liderlərinin Qrenlandiyanın sərhədlərinə hörmət etməyə və Danimarkanı dəstəkləməyə çağıran razılaşmasını dəstəkləyib. Qeyd edək ki, bu barədə dünən Fransa, Almaniya, İtaliya, Polşa və digər ölkələrin liderləri tərəfindən sənəd imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
ayna.az

1Mənbələr