AZ

Uşağı vannadan boğan şəxs həbsOLUNDU

Orenburq vilayətində Buzuluk şəhərinin 21 yaşlı sakini uşağı döyüb, sonra isə boğaraq öldürdüyü üçün həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Buzuluk Rayon Məhkəməsi "VKontakte" sosial şəbəkəsində məlumat yayıb.

Kişinin yaşadığı mənzildə onun həyat yoldaşı və onun 2024-cü il təvəllüdlü oğlu olub. İstintaq məlumatına görə, kişi sərxoş vəziyyətdə olub. "Uşaq ağlayırdı və bu kişi üçün narahatlıq yaradırdı; o əvvəlcə uşağı döyüb, sonra isə vannada boğub", - deyə məhkəmə qeyd edib.

Orenburq vilayətinin İstintaq Komitəsi idarəsi əlavə edib ki, şəxsin barəsində azyaşlının qətl edilməsi ilə bağlı cinayət işi açılıb. Müttəhim öz günahını tam etiraf edib.

Aytəkin TOFİQQIZI

Seçilən
63
redaktor.az

1Mənbələr