Əməliyyat gərginliyi daha da artırıb...
ABŞ hərbi desant qüvvələri Şimali Atlantik okeanında “Marinera” adlı neft tankerinə nəzarəti ələ keçirib.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat ABŞ təhlükəsizlik strukturları tərəfindən həyata keçirilib və tankerə boarding əməliyyatı nəticəsində gəmi tam şəkildə ABŞ qüvvələrinin nəzarətinə keçib. Hadisənin hansı hüquqi əsaslarla və hansı marşrut üzərində baş verdiyi ilə bağlı detallı məlumat açıqlanmayıb.
Reuters yazır ki, hadisə regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb. Xüsusilə də son dövrlər ABŞ-ın sanksiyalar çərçivəsində dəniz daşımalarına nəzarəti gücləndirməsi fonunda bu cür əməliyyatlar beynəlxalq sularda təhlükəsizlik və hüquqi mübahisələr doğurur.
Ekspertlər hesab edirlər ki, tanker üzərində nəzarətin ələ keçirilməsi ABŞ-ın dənizdə sanksiya rejiminin icrasını sərtləşdirdiyini göstərir və bu addım gələcəkdə digər oxşar əməliyyatlar üçün presedent yarada bilər. Rəsmi Vaşinqton isə hadisə ilə bağlı hələlik geniş şərh verməyib.
Poliqon.info