AZ

İran qızılları Rusiyaya daşıyır?

İngiltərə parlamentinin üzvü Tom Tuqendhat, artıq 10 gündür etirazlarla çalxalanan İranla bağlı səs-küylü bir iddia irəli sürüb.

"Cebheinfo.az" xəbər verir ki, Tuqendhat bildirib ki, Rusiya yük təyyarələri Tehrana enib və böyük miqdarda qızıl İrandan çıxarılıb.

İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkədə iqtisadi problemlər səbəbilə başlayan etiraz aksiyalarında 34 etirazçının və 2 təhlükəsizlik əməkdaşının həyatını itirdiyini açıqlayıb. Ümumilikdə 36 nəfər həlak olub, 2 076 nəfər isə saxlanılıb.

ABŞ-də yerləşən HRANA-nın internet saytında yayımlanan hesabatda qeyd olunur ki, 10 gün ərzində İranın 31 vilayətindən 27-də baş verən etirazlarda onlarla insan yaralanıb. 

İngiltərənin Yaxın Şərq və Şimali Afrika üzrə naziri Hamiş Falkoner isə bu xəbərlərlə bağlı ətraflı məlumat verə bilməyəcəyini bildirib.

O, eyni zamanda qeyd edib ki, İngiltərə toplaşmaq və etiraz etmək azadlığını “İran xalqının ayrılmaz hüquqları” hesab edir və bu hüquqlara İran hökuməti tərəfindən hörmətlə yanaşılmalı olduğunu düşünür.

Seçilən
80
cebheinfo.az

1Mənbələr