AZ

Zelenski Ukraynada prezident seçkilərinin vaxtını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibə şəraitində prezident seçkilərinin keçirilməsini tənzimləyən qanun bu ilin fevral ayında qəbul oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "RBC-Ukraina" yayıb.

Prezidentin sözlərinə görə, qanunun qəbulu sülh danışıqlarının nəticələri və Ali Radanın işçi qrupunun fəaliyyətindən asılı olacaq.

“Əgər biz bütün işləri yanvar ayında tamamlayacaq olsaq, fevral seçkilərlə bağlı qanunvericilikdə dəyişikliklər üçün işçi ay ola bilər”, – deyə Zelenski bildirib.

Ukrayna lideri həmçinin vurğulayıb ki, çox şey deputatların fəaliyyətindən asılıdır. Onlar həm qanun layihələrində, həm seçki qanunvericiliyində, həm də referendumla bağlı qanunda dəyişiklikləri göstərməlidirlər.

Nuriyyə NATİQQIZI

Seçilən
94
redaktor.az

1Mənbələr