AZ

Rusiyada şəxsi helikopter qəzaya uğradı: Ölən var

Rusiyanın Perm diyarında şəxsi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib.

Avtosfer.az xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə Barmdın rayonunda yerləşən "Aşatli-park" istirahət bazasının ərazisində qeydə alınıb. Qəzaya iki yerlik şəxsi helikopter uğrayıb.

İlkin məlumatlara əsasən, uçuş aparatının pilotu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Helikopterdə olan sərnişin isə hadisə yerində həkimlər tərəfindən müayinə olunur.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Seçilən
44
avtosfer.az

1Mənbələr