AZ

Tullantılar haqqında” qanuna dəyişiklik edildi

BAKI, 7 yanvar. TELEQRAF

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

07 yanvar 2026, 17:27

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

“Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606 (Cild I); 2024, № 4, maddə 365) 12-2-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrinə “dövlət” sözündən əvvəl “vahid” sözü əlavə edilsin.

Seçilən
37
2
teleqraf.com

4Mənbələr