Prezidentin bu fikirləri Türkiyədə gündəm oldu
Ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Qəzzaya əsgər göndərilməyəcəyi ilə bağlı açıqlaması Türkiyə gündəmində də geniş müzakirə olunub və qardaş ölkənin vətəndaşları tərəfindən müsbət qarşılanıb. Dövlət başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını riskə atmaq niyyətində deyilik. O əlavə edib ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir: “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.Metbuat.az-ın məlumatına görə, Türkiyə sosial media istifadəçilərinin böyük əksəriyyəti Prezidentin mövqeyini haqlı hesab edərək, onun ilk növbədə öz dövlətini və vətəndaşlarını düşünən lider olduğunu vurğulayıb. Həmin şərhlərdən bəzilərini təqdim edirik: