AZ

"Kızılcık şərbəti"nin Fatihi sərbəst buraxıldı

İstanbulda məşhurların da adının hallandığı narkotik istintaqı çərçivəsində saxlanılan 23 nəfər Çağlayan Ədliyyəsinə göndərilib.

Missiya.Az türk mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılanlar arasında "Kızılcık şərbəti" serialında rol alan aktyor Doğukan Güngör, menecer Haluk Şentürk və “Ciciş Bacıları”ndan Ceyda Ersoy da var. Şübhəlilər Məhkəmə Tibbi Ekspertiza İnstitutunda narkotik testindən keçirildikdən sonra məhkəməyə təqdim olunublar.

Aktyor Doğukan Güngör ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
81
missiya.az

1Mənbələr