Serj Qnabri “Bavariya”da qalmağa yaxındır.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu ilə almaniyalı hücumçu arasında danışıqlar yekunlaşmaq üzrədir. Tərəflərin yaxın vaxtlarda 2028-ci ilin iyununa qədər yeni müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir və cari mövsümdə 21 oyunda 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.