AZ

Gəncədə “VAZ” bir neçə dəfə aşaraq yararsız hala düşdü VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-KN-978 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub. Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. Qəzalı maşın evakuator vasaitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
avtosfer.az

1Mənbələr