Bakı. Trend:
Səbail rayonunun 2025-ci ilinin sosial-iqtisadi inkişafınınyekunları və həmin müddətdə görülən işlər barədə Rayon İcraHakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısıVuqar Zeynalov, Azərbaycan Respublikası PrezidentininAdministrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazisektorunun müdiri Tağı Tağıyev, YAP Səbail rayon təşkilatının sədriMuxtar Nağıyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizəorqanlarının rəhbərləri, RİHBA-nın əməkdaşları, rayonun idarə,müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətnümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycandövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri HeydərƏliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yadediblər.
Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətininbaşçısı Vuqar Zeynalov bildirmişdir ki: “Əsası Ümummilli LiderimizHeydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev müasir tarixi şəraitə uyğunolaraq, yaradıcılıqla və uğurla davam etdirərək Respublikamızınböyük uğurlara imza atmasına nail olunub. Dünyada mürəkkəbgeosiyasi proseslərin, iqtisadi qeyri-sabitliyin və münaqişələrindavam etdiyi bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlamış,sosial-iqtisadi inkişafını uğurla davam etdirmiş, milli maraqlarınıqətiyyətlə təmin edib. Xüsusilə qeyd etmək istərdik ki, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimirəhbərliyi altında əldə edilən möhtəşəm Zəfər tariximizin ən parlaqsəhifələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının milliruhunu, özünəinamını və dövlətçiliyimizin sarsılmazlığını bütündünyaya nümayiş etdirib. Zəfərdən sonra başlanan genişmiqyaslıquruculuq və bərpa prosesi, azad edilmiş ərazilərdə həyatakeçirilən şəhərsalma və memarlıq layihələri ölkəmizin yeni inkişafmərhələsinə qədəm qoyduğunu aydın şəkildə göstərir. Bu baxımdan,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalmavə Memarlıq İli” elan edilməsi böyük strateji və ideoloji əhəmiyyətdaşıyır. Eyni zamanda, Qərbi Azərbaycanla bağlı dövlət başçısınınprinsipial və ardıcıl mövqeyi, tarixi ədalətin bərpasına yönəlmişsiyasi xətti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səbailrayonuna göstərdiyiniz xüsusi diqqət və qayğı rayon ictimaiyyətitərəfindən daim yüksək qiymətləndirilir. Qarşıdakı dövrdə Prezidentİlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq,Səbail rayonunda sosial-iqtisadi inkişafın daha dasürətləndirilməsi əsas prioritetlərimiz olacaqdır”.
Hesabat yığıncağında cıxış edən Azərbaycan RespublikasıPrezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev və digər natiqlərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi iləölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ciildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu vəislahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddiaddımlar atıldığını, eyni zamanda Səbail rayonunda həyata keçirilənabadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeniiş yerlərinin açılmasının dövlət başçısının siyasətinin realnəticəsi olduğunu bildirib.
Sonda cari ilin hədəflərini əks etdirən qərar qəbul olunaraq,toplantı iştirakçıları adından Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətliinkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinəminnətdarlıq ifadə olunub.