AZ

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

BAKI,TurkicWorld, Fərid Mikayılov

Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

TurkicWorld xəbər verir ki, təşəbbüs iki ölkə arasında işgüzar əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsinə, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə və biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına xidmət edəcək.

Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, informasiya texnologiyaları, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər Azərbaycan–Suriya İşgüzar Şurasına üzv olmağa dəvət olunurlar.

Məlumata görə, İşgüzar Şura platforması vasitəsilə Azərbaycan və Suriya arasında biznes missiyalarının təşkili, birgə layihələrin təşviqi, investisiya mühitinə dair məlumat mübadiləsi və tərəfdaşlıqların qurulması planlaşdırılır.

Qeyd edək ki, bu addım postmünaqişə dövründə regionda iqtisadi əməkdaşlıq formatlarının şaxələndirilməsi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Seçilən
62
19
turkic.world

10Mənbələr