ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göygöl rayonu Qızılca-Göygöl bələdiyyəsinin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ünvanladığı 5 yanvar 2026-cı il tarixli, 02/26 nömrəli məktuba əsasən torpaq hərracı dayandırılıb.
Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, Göygöl rayonu Qızılca-Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 120 kvadratmetr və 248 kvadratmetr torpaq sahələrinin mülkiyyətə verilməsi məqsədilə 28 yanvar 2026-cı il tarixinə planlaşdırılan hərrac ləğv edilib.
Hərracın dayandırılmasının səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
Elmidar Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.