Moskva bölgəsində 9 yanvar üçün güclü qar fırtınası proqnozlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu haqda “Fobos” hava mərkəzinin baş mütəxəssisi Yevgeni Tişkovets danışıb.
Onun sözlərinə görə, cənub-qərbdən gələn güclü Balkan siklonu nəticəsində Moskvaya ən azı aylıq normanın 30 faizi qədər, Podmoskovye və Mərkəzi Federal Dairənin cənubunda isə təxminən 30 millimetr yağıntı düşəcəyi gözlənilir.
Sinoptik bildirib ki, bəzi yerlərdə paytaxt regionunda yarım metrlik qar örtüyü yaranması mümkündür.
Aytəkin TOFİQQIZI