AZ

NATO Baş katibi: Qrenlandiyada əlavə ABŞ hərbçilərinin yerləşdirilməsi müzakirəyə açıqdır

Qrenlandiya əlavə ABŞ hərbçilərinin yerləşdirilməsinə tamamilə açıqdır.

APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO çərçivəsində şimal bölgələrində vəziyyətə dair vahid anlayış mövcuddur və ABŞ-ın iştirakı tam əsaslandırılıb. O vurğulayıb ki, hərbi mövcudluq məsələsi prinsipial fikir ayrılığı yaratmır.

“Tam əminəm ki, NATO və şimaldakı vəziyyətin qiymətləndirilməsi məsələsində hamımız eyni mövqedəyik. ABŞ-ın iştirakı əsaslıdır. Bir daha qeyd edirəm ki, xüsusi olaraq Qrenlandiyaya gəldikdə, əlavə ABŞ hərbçilərinin yerləşdirilməsi məsələsi müzakirəyə tam açıqdır. Burada heç bir problem yoxdur. Müvafiq razılaşmalar mövcuddur”, — Mark Rutte bildirib.

Seçilən
24
2
apa.az

3Mənbələr