AZ

Fransada güclü qar və şaxta: 5 nəfər ölüb, 140-dan çox reys təxirə salınıb

Bakı. Trend:

Fransada güclü qar və şaxta səbəbilə çərşənbə günü baş verən yolqəzalarında azı beş nəfərin öldüyü təsdiqlənib.

Trend xəbərverir ki, bu barədə Fransanın Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Parisin "Şarl de Qoll" hava limanında güclü qarvə şaxtalı hava səbəbindən təxminən 100 reys, "Orli" hava limanındaisə daha 40 reys təxirə salınıb.

Buzlu yollar səbəbilə Paris və ətrafında ictimai avtobusxidmətləri dayandırılıb, lakin metro və şəhərətrafı qatarlarınəksəriyyəti fəaliyyətini davam etdirir.

Fransa Meteorologiya Xidmətinin məlumatına görə, ölkənin 38departamentində güclü qar və qara buzla bağlı xəbərdarlıq elanolunub. Bəzi bölgələrdə qarın qalınlığı artıq 3-7 sm-ə çatıb.

Hava şəraiti "mövsüm üçün nadir" sayılır və hakimiyyət Parissakinlərini mümkün olduqda evdən işləməyə və vacib olmadıqcasəyahət etməməyə çağırıb.

Seçilən
60
az.trend.az

1Mənbələr