AZ

Ter Ştegen "Barselona"nın düşərgəsini tərk etdi

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen komandasının Səudiyyə Ərəbistanındakı təlim-məşq toplanışını tərk edib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, zədə alan almaniyalı qolkiper tibbi müayinədən keçmək üçün düşərgədən ayrılıb.

Daha öncə 33 yaşlı futbolçunun qış "transfer pəncərəsi"ndə klubdan ayrıla biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

"Barselona" hazırda Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunda iştirak edir. Kataloniya təmsilçisi bu gün yarımfinalda "Atletik"lə (Bilbao) ilə qarşılaşacaq.

Seçilən
20
1
fanat.az

2Mənbələr