AZ

ABŞ Venesueladan Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əlaqələri tamamilə kəsməyi tələb edir

Tramp administrasiyası Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əlaqələrin tamamilə kəsilməsini, eləcə də ABŞ ilə eksklüziv tərəfdaşlıq və Amerika şirkətlərinə ağır neft satışına üstünlük verməyi tələb edib.

Editor.az xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat verib. Senator Rocer Vikerin sözlərinə görə, ABŞ planı hazırda dolu olan Venesuela neft tankerlərinə nəzarət etməyə əsaslanır. O qeyd edib ki, ixrac bərpa olunmazsa, Karakasın maliyyə çöküşünə cəmi bir neçə həftə qalıb: “Biz qoşunların yerləşdirilməsi barədə danışmırıq… Bu, sadəcə planlarımızda yoxdur”, – deyə o bildirib. O, strategiyanı dəniz blokadası və iqtisadi təzyiq kimi təsvir edib.

Qeyd edək ki, prezident Tramp artıq Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-a satış üçün 30-50 milyon barel neft ötürəcəyini və əldə edilən gəlirin “Venesuela və ABŞ xalqlarının xeyrinə” Vaşinqton tərəfindən idarə olunacağını açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
78
editor.az

1Mənbələr