AZ

NATO rəhbəri ABŞ-nin Qrenlandiyaya əlavə qoşun göndərməsi təklifinə münasibət bildirib

Bakı. Trend:

ABŞ-nin Qrenlandiyaya əlavə şəxsi heyət yerləşdirməsi məsələsimüzakirələrə açıqdır.

Trend xəbər verirki, bunu NATO baş katibi Mark Rütte ABŞ telekanalına verdiyimüsahibədə deyib.

“Konkret Qrenlandiyaya gəlincə , mən bilirəm ki, mən bilirəm ki,əlavə Amerika qoşunlarının ora yerləşdirilməsi ilə bağlımüzakirələr tam şəkildə açıqdır. Bununla bağlı heç bir problemyoxdur”, – deyə o qeyd edib və müvafiq razılaşmaların mövcudolduğunu əlavə edib.

Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Ağ Evə istinadənxəbər vermişdi ki, ABŞ hakimiyyəti Qrenlandiyanın əldə edilməsi iləbağlı bir neçə ssenarini, o cümlədən silahlı qüvvələrdən istifadəvariantını nəzərdən keçirir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro isə bildirib ki,ABŞ-ın dövlət katibi Marko Rubio Qrenlandiyaya Amerika qoşunlarınınyeridilməyəcəyinə və Venesuelada olduğu kimi orada hərbi əməliyyatabaşlanılmayacağına dair söz verib.

Məqalədə:
Seçilən
52
az.trend.az

1Mənbələr