AZ

Azərbaycan dilinə qarşı kampaniyalar əksər hallarda kənardan idarə olunur - Taleh Şahsuvarlı

Prezident İlham Əliyevin milli telekanallara verdiyi müsahibədə diqqətimi ən çox çəkən məqamlardan biri dövlət başçısının Azərbaycan dili uğrunda hər kəsi mübarizəyə dəvət etməsi oldu.

Mən bir vətəndaş, jurnalist və AzNews.az analitik-informasiya portalının baş redaktoru olaraq fəxr edirəm ki, 2025-ci ildə vətəndaş cəmiyyəti sektorunda bu mübarizənin önündə olmuşam və cənab prezidentin bu çağırışının arxasında dayanan strateji məqsədlərin reallaşması üçün əlimdən gələni etmişəm.

Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. Baş redaktor sözlərinə belə davam edib:

"Böyük məyusluqla onu da bildirim ki, Azərbaycan Konstitusiyasının immunitet altında olan dövlət dili haqqında maddəsini müdafiə etdiyim üçün həm informativ, həm də mənəvi-psixoloji təzyiqlərə məruz qalmışam. Heç zaman unuda bilmərəm ki, LAF TV-nin efirində bu mövzuda çıxışıma təqribən 300 reaksiya verilmişdi, onun 290-ı əleyhimə birbaşa təhqir idi. Bu savadsız, aqressiv, Azərbaycan ədəbi dilinin unikallaşması tarixini və strateji önəmini başa düşmək üçün heç bir potensialı olmayan qaragüruha qarşı mübarizəmiz, əlbəttə, davam edəcək. Maarifləndirmək- media olaraq bizim vəzifəmizdir!

Ancaq çox təəssüf ki, məsələ heç də qaragüruhçuluqla bağlı deyil. Bu məqama dəfələrlə diqqət çəkmişəm, görünür, bir daha xatırlatmaqda fayda var. Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında Ukrayna əleyhinə yazdığı məqalə var. Nə baş verdiyini anlamaq üçün o məqaləni mütləq oxuyun. Putin Ukraynanın coğrafi,milli, siyasi unikallığının olmamasını iki əsas "tezis"lə əsaslandırırdı: nə Ukrayna tarixi var, nə Ukrayna dili! Deməli, Azərbaycan dilinə qarşı kampaniyalar əksər hallarda kənardan idarə olunur.

Seçilən
48
aznews.az

1Mənbələr