AZ

Venesuelada yeddi günlük milli matəm elan edildi

Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez, ABŞ-ın Prezident Nikolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyat zamanı Venesuela hərbçilərinin ölümündən sonra yeddi günlük milli matəm elan edib.

Editor.az xəbər verir ki, “Reuters”in verdiyi məlumata görə, hücumda təxminən 20 Venesuela zabiti həlak olub. Daha əvvəl Kuba hökuməti də iki günlük milli matəm elan edərək, Venesuelada xidmət edən 32 hərbçi və polis əməkdaşının ölümünü bildirmişdi.

Xatırladaq ki, 3 yanvarda ABŞ Venesuelaya qarşı hava hücumu təşkil edərək, Prezident Nikolas Maduro və həyat yoldaşını əsir götürüb. Onlar narkoterrorizm ittihamları ilə mühakimə olunmaq üçün Nyu-Yorka gətiriliblər. Venesuela hakimiyyəti əməliyyat zamanı Maduronun təhlükəsizlik qüvvələrinin əhəmiyyətli bir hissəsinin, eləcə də ətrafdakıların öldüyünü bildirib.

/Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr