AZ

“Sirab”ın qazı niyə yoxa çıxıb?

Üzərinə qazlı olduğu yazılan "Sirab" sularının tərkibinin qazsız çıxması barədə şikayətlər var.

 

Pravda.az xəbər verir ki, jurnalist Məğrur Əli Polad paylaşım edib.

 

O bildirib ki, mağazaların birindən 0,5 l qazlı su alıb, lakin qazsız çıxıb:

 

"İlk dəfə idi belə bir halla qarşılaşırdım. Fikir vermədim, düşündüm ki, bəlkə də, yanılıram. Amma bu gün eyni hal təkrarlandı: həmin marketdən "qazlı su" adı ilə aldım, qazsız çıxdı. Hətta dadı da həmişəki deyildi. "Sirab" da sex suyu oldu?"

 

Pravda.az məsələ ilə bağlı "Sirab" ASC-yə sorğu ünvanlansa da, heç bir mövqe bildirilməyib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Yanvar 2026, 16:28   
Seçilən
77
1
pravda.az

2Mənbələr