ABŞ Prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar 2026-cı ilin noyabr ayında keçiriləcək aralıq seçkilərdə qalib gəlməlidirlər, əks halda Demokratlar onu impiçment edəcəklər.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp Vaşinqtonda keçirilən iclasda Respublikaçı qanunvericilərə belə deyib.
“Yəni məni impiçment etmək üçün bir səbəb tapacaqlar”, - deyə ABŞ Prezidenti əlavə edib.
Qeyd edək ki, Demokratların rəhbərlik etdiyi Nümayəndələr Palatası Trampa qarşı 2017-ci ildən 2021-ci ilə qədər iki dəfə impiçment elan edib.
Demokratlar onun Ukraynaya qarşı siyasətini və 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitolidə baş verən iğtişaşların təşkilində ittiham ediblər.