AZ

Bu küçədə yol nişanı bir aydır qəzalı vəziyyətdədir ŞİKAYƏT VAR VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xətai rayonu, Azad Mirzəyev küçəsində zədələnmiş yol nişanı təhlükə yaradır.

Bununla bağlı ərazidə yaşayan sakinlərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Görüntüdən aydın olduğu kimi, sözügedən küçədə quraşdırılmış ödənişli parkinqlərdə parklanmanı bildirən 5.15 nişanı əyilərək yararsız vəziyyətə düşüb.

Sakinin sözlərinə görə, əyilmiş nişan həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır: “Buradan hər gün çox sayda insan keçir. Nişan əyildiyi üçün diqqəti yayındırır və keçiddən keçən piyadalar yolun düzgün hissəsini görmür. Kiminsə yola qəfil çıxması, ya da sürücünün vaxtında reaksiya verə bilməməsi hər an qəza ilə nəticələnə bilər”, – deyə izləyici bildirib.

Şikayətçi əlavə edib ki, xoşagəlməz mənzərə artıq bir aydır davam edir və qurumlar heç bir tədbir görmürlər. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
avtosfer.az

1Mənbələr