AZ

Almaniya, Fransa və Polşa Parisdə Ukraynaya yardım məsələsini müzakirə edəcəklər

Almaniyanın xarici işlər naziri Yohan Vadeful, fransalı həmkarı Jan Barro və Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynaya yardım məsələsini müzakirə etmək üçün yanvarın 7-də Parisdə görüşəcəklər.

Bu barədə RBC-Ukraine Deutschlandfunk-a istinadən məlumat yayıb.

Qeyd olunur ki, üçtərəfli görüş "Veymar üçbucağı" adlanan formatda keçiriləcək. 

Bu, 1991-ci ildə yaradılmış üç ölkənin qeyri-rəsmi beynəlxalq birliyidir.

Üç xarici işlər nazirinin görüşü əsasən Rusiya təcavüzkarlarına qarşı müharibə aparan Ukraynaya əlavə və konkret dəstək göstərməyə yönələcək. Fransa Xarici İşlər Nazirliyi artıq görüşün mövzusunu təsdiqləyib.

QAZİLER.AZ

Seçilən
27
qaziler.az

1Mənbələr