AZ

ABŞ Qrenlandiyanı ələ keçirərsə...

Fransa ABŞ-ın Qrenlandiyanı ələ keçirmək təhdidlərinə əməl edəcəyi təqdirdə, tərəfdaşları ilə birlikdə hərəkət planı üzərində işləyir.

Publika.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro danışıb.

Nazir qeyd edib ki, bu məsələni Almaniya və Polşadan olan həmkarları ilə görüşündə müzakirə edəcək.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar bir ölkədir və 2009-cu ildən bəri öz muxtariyyətinə malikdir, müdafiə və xarici siyasətə Danimarka cavabdehdir. Coğrafi olaraq ada Şimali Amerikaya, siyasi cəhətdən isə Avropaya məxsusdur.

Seçilən
50
publika.az

1Mənbələr