“İnter Mayami” və Argentina milli komandasının hücumçusu Lionel Messi astroloji ilə maraqlanmadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Ole" nəşri məlumat yayıb.
Messi qeyd edib ki, zodiak bürcü Xərçəngdir, lakin astroloji haqqında heç bir bilgisi yoxdur:
"Mən bu işdən heç nə bilmirəm. Arvadım Antonella bir az daha çox bilir. Onun atası da Xərçəngdir, bizim bir çox ortaq cəhətlərimiz var və o, daim bizi müqayisə edir", – deyə futbolçu əlavə edib.
Nuriyyə NATİQQIZI