AZ

Əhaliyə ŞAD XƏBƏR! 890 min nəfərin maaşı artırılır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanda hazırda təxminən 890 min nəfərə yaxın insan dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışır və maaşını birbaşa büdcə vəsaiti hesabına alır. Bu kateqoriyaya polis əməkdaşları, orta və ali məktəblərdə çalışan müəllimlər, səhiyyə sistemində fəaliyyət göstərən həkimlər, müxtəlif nazirlik və komitələrin işçiləri, eləcə də digər dövlət və hökumət strukturlarının əməkdaşları daxildir. Onlar ölkənin ictimai xidmət sektorunun əsas dayağını təşkil edir və cəmiyyət üçün həyati əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərirlər".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, maaşların indeksləşdirilməsi prosesi həyata keçirilərkən bu artımlar büdcə təşkilatlarında çalışan bütün işçilərə vahid qaydada tətbiq olunur:"Təcrübə göstərir ki, indeksləşmə yalnız ayrı-ayrı peşə qruplarına deyil, sistemli şəkildə bütün dövlət qulluqçularına şamil edilir. Buna görə də büdcə çalışanlarının da bu prosesdən kənarda qalması mümkün hesab edilmir. Onlar da müəllimlər kimi sosial müdafiə tədbirlərindən faydalanmalı və onların əməkhaqları da inflyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır".Ekspert qeyd edib ki, hazırda maaşlarda indeksləşmənin tətbiqi ilə bağlı rəsmi qərar verilməyib:"İctimaiyyət arasında bu məsələnin müsbət həllini tapacağına dair gözləntilər yüksəkdir. Ümid edirəm ki, yaxın günlərdə Nazirlər Kabineti mövzunu gündəliyinə daxil edəcək və əməkhaqlarının artırılması istiqamətində konkret qərar qəbul olunacaq".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr