AZ

Türkiyədə qəzaya uğramış Liviya təyyarəsinin qara qutuları Britaniyaya göndəriləcək

Bakı. Trend:

Ankaraya yaxın ərazidə qəzaya uğramış, göyərtəsində Liviyahərbçilərindən ibarət nümayəndə heyəti olmuş şəxsi təyyarənin “qaraqutuları” eksper müayinəsi üçün Böyük Britaniyaya göndəriləcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat vəinfrastruktur naziri Abdülkadir Uraloğlu açıqlama verib.

“Qəzaya uğramış təyyarənin bort səs yazıcısı və uçuşməlumatlarını qeydə alan cihaz zədələnib. Dünyada bu cür zədələnmişqurğuların ekspertizasını apara bilən cəmi dörd ölkə var. Ekspertmüayinəsi Böyük Britaniyada aparılacaq. Bu, uzunmüddətli prosesdir.Biz öz nümayəndə heyətimizi formalaşdırmışıq; onlar İngiltərəyəgedəcək və digər tərəflərlə birlikdə prosesə nəzarət edəcəklər”, –deyə nazir vurğulayıb.

Nazir həmçinin bildirib ki, Böyük Britaniyaya Liviya nümayəndəheyəti və təyyarə istehsalçısı olan ölkənin təmsilçiləri dəgöndəriləcək.

Məqalədə:
Seçilən
64
az.trend.az

1Mənbələr