AZ

Bir ilə 24,3 milyonluq tender qazanan "B2B Group" yenə qalib oldu

Bir ilə 24,3 milyonluq tender qazanan "B2B Group" yenə qalib oldu

İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “B2B Group” MMC növbəti iri məbləğli tenderin qalibi olub.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tender Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən keçirilib.

Məlumata görə, DOST Agentliyinin mərkəzləri və təsərrüfat cəmiyyətləri üçün texniki imkanların artırılması məqsədilə texnoloji və müxtəlif avadanlıqların satın alınması ilə bağlı keçirilən tenderdə “B2B Group” MMC-nin qiymət təklifi 2 576 162,08 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “B2B Group” MMC 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi, ev 91-dir. Qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Açıq mənbələrdə Ramal Bəşirov haqqında geniş məlumat mövcud deyil. Mediaya sızan məlumatlardan onun əvvəllər “Caspel” şirkətində çalışdığı bildirilir. Mövcud məlumatların təhlili isə Ramal Bəşirovun “B2B Group” MMC-nin faktiki sahibi olmadığını göstərir.

Bir neçə il əvvəl media resurslarında tirajlanan xəbərlərdə “B2B Group” MMC-nin sahibi kimi Elçin Əliyevin adı çəkilib. Elçin Əliyev 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Səbail Rayon İdarəsinin rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışıb və həmin ildə vəzifəsindən azad edilib.

Lakin “B2B Group” MMC mediada yayılan açıqlamasında bu iddiaları təkzib edib.

Bununla belə, şirkətin “güclü əl” tərəfindən idarə olunduğu ilə bağlı iddialar davam edir. Müşahidəçilərin fikrincə, əks halda “B2B Group” MMC-nin mütəmadi olaraq iri məbləğli tenderlərdə qalib gəlməsi çətin olardı.

Qeyd edək ki, “B2B Group” MMC təkcə ötən il ərzində 44 tenderin qalibi olub. Həmin tenderlər üzrə bağlanan satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 24 339 935,50 manat təşkil edib.

Seçilən
39
1
afn.az

10Mənbələr