Xəbər verildiyi kimi, Şəki rayonu Köndələn kəndində 1 mərtəbəli məktəb binasının zirzəmisində yanğın olkub. Yanğının qarşısı dərhal alınıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Ucnoqta.az-a bildirilib ki, hadisə Şəki rayon Köndələn kənd tam orta ümumtəhsil məktəbində, ibtidai siniflərin təhsil aldığı sinif otaqlarının birində qeydə alınıb.
Qeyd olunur ki, yanğın dərs saatlarından sonra baş verib və xəsarət alan olmayıb.