AZ

“Elmar Baxşıyevin ahı imkan verməz qabağa gedəsiz” - Demçenkonun gəlişi xoş qarşılanmadı

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko Bakıya gəldi, komandanı ilk məşqə çıxardı.

Düzdü, ilk məşqə cəmi 12 futbolçu qatıldı ki, bu da səbəbsiz deyil. Legionerlərdən yalnız Bruno Franko məşqdə yer alıb, qalan əcnəbilər isə sonradan çalışmalara qoşulacaq.

Demçenkonun “qırmızı-ağlar”ın “sükanı arxasına” keçməsini azarkeşlər birmənalı qarşılamayıb. Klubun sosial şəbəkə hesabında yer alan xəbərə yazılan şərhlərdən də bunu görmək mümkündü.

ceferli_eliaga: “Elmar Baxşıyev niyə getdi, bilmirəm. İnanmıram ki, kimsə Elmar müəllimdən yaxşı olsun”.
rhmnvf7: “Elmar Baxşıyevin ahı imkan verməz qabağa gedəsiz”.
_ehmed055: “Bəsdi də, “Elmar, Elmar. Görmürdüz ki, komanda sürünür? İndidən başlayıblar məşqçini pisləməyə. “Sabah”ın məşqçisinin də heç bir uğuru yox idi. Gəldi, kişi kimi oynadır komandanı. Nə uğurlu məşqçi gözləyirdiz ki?! Ançelotti, Qvardiola gələcəkdi?
Alihuseynasgerov: “Deyəsən, ukraynalı baş məşqçi gətirmək trendə çevrilib”.
Vidadioglu: “Bu xaxolu hansı qeyri-adi uğuruna görə gətiriblər?
mamedov_7m: “Yəqin Andrey Şevçenkonun xalası oğludu”.
user2023m2025: “Açıqlamanı bir az gec paylaşmısız. Müsahibəsində deyirdi ki, “Araz-Naxçıvan”ın kubok yolu var”.


MÜZƏFFƏR QULUZADƏ

Seçilən
29
football-plus.az

1Mənbələr