AZ

İran xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək

Bakı. Trend:

Yanvarın 7-də İran xarici işlər nazirinin müavini Məcid TəxtRəvançi siyasi məsləhətləşmələr çərçivəsində Ermənistana səfəredəcək.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkəninxarici işlər nazirlərinin müavinləri arasında siyasiməsləhətləşmələr aparmaqla yanaşı Ermənistanın digər rəsmiləri ilədə görüşlər keçirəcəyi gözlənilir.

İki ölkənin iqtisadi, ticarət, tranzit, nəqliyyat və digərsahələrdə əməkdaşlığı üzrə məsləhətləşmələrin aparılacağıbildirilir.

Ermənistan səfərində iranlı rəsmi Cənubi Qafqazda sülh vəəməkdaşlıq üzrə fikir mübadiləsi aparacaq.

Seçilən
24
az.trend.az

1Mənbələr